Dövlət Duması Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.
Bu barədə jurnalistlərə Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin sədri Pavel Kraşeninnikov məlumat verib.
O deyib ki, qanun layihəsinin hazırlanmasında məqsəd ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Deputatlar Rusiya ərazilərinin özgəninkiləşdirilməsi cəhdlərini ekstremizm kimi qiymətləndirməyi təklif edilər.
Layihədə Cinayət Məcəlləsində ölkənin ərazi bütövlüyünün pozulmasına görə, 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təklif olunur. Ərazi bütövlüyünün pozulmasına çağırışlara görə, 300 min rubladək (təxminən 7 min manat) cərimə tətbiq edilə bilər.