Xəzər Xəbər

İbadulla Ağayev: Hər kəs özünün həkimi olmalıdır

Cəmiyyət | 13:53 • 8 İyul 2020
İbadulla Ağayev: Hər kəs özünün həkimi olmalıdır

"Hər kəs özünün həkimi olmalıdır. İnsanlar dövlət tərəfindən qoyulmuş bütün qaydalara riayət etsinlər”.


Bunu APA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib.


O bildirib ki, gigiyenik normativlər var və insanların bunlara əməl etməsi vacibdir: "Gigiyenik normativlər bu gün kəşf olunmayıb, bu, tarix boyu olub. Hər bir insan qaydalara riayət etməli, maska taxmalı, xəstələndiyi zaman həkim çağırmalıdır. Yoluxma sayının azalması ancaq əhalidən asılıdır. İnsanlar qaydalara riayət etsə, sayda azalma olacaq. Dövlət bundan artıq heç nə edə bilməz. Əhalinin sağlamlığı üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edilir. Amma bəzi insanlar hələ də virusa inanmırlar. Əgər koronavirus yoxdursa, bəs xəstəxanalara yerləşdirilən bu qədər xəstə hardan gəlir”


İ. Ağayev əhalidən bir daha xahiş edib ki, gigiyenik normativlərə əməl etsinlər: "Evdən lüzumsuz çıxmayın, heç kimlə kontaktda olmayın. Bu müddət ərzində qohumlarınızla da əlaqə saxlamayın. Evdən çıxaraq digərlərini yoluxdurmayın. Yoluxma ehtimalı çoxdur. İcazə alıb mağazaya gedəndə maskadan istifadə edin, ara məsafəni gözləyin. Bunlara əməl olunsa, yoluxma sayı azalacaq, virus sönəcək. Hələ tibb elmi bu qədər inkişaf etmədiyi dövrdə də yoluxucu xəstəliklərlə mübarizə aparılıb. Amma yoluxucu xəstəliklərin qarşısını tam almaq olmur. Cəmiyyət varsa, bu problem də var. Pandemiyaların tarixini baxanda görürük ki, 8-12 ildən bir dünyada belə pandemiyalar olur. Hər bir fəslin geyimi var. İnsanlar fəslə uyğun geyinməli, öz həkimi olmalı, özünü qorumalıdır. Müəyyən vaxt lazımdır. Əhali qaydalara riayət etsə, virus sönüb gedəcək. Artıq müəyyən irəliləyişlər var”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti