Türkiyənin Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviyaya səfər ediblər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Qətər səfərindən sonra H. Akar və Y. Gülərin Liviyaya səfər etmələrinə qərar verilib.
Ərdoğan qeyd edib ki, Türkiyənin rəsmi Liviya hökuməti ilə əməkdaşlığı davam edir.