Xəzər Xəbər

Könüllü qəhrəmanlara təşəkkür VİDEOÇARXI

Veb TV | 13:48 • 5 İyun 2020
Könüllü qəhrəmanlara təşəkkür VİDEOÇARXI

Tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, könüllülərin də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə iştirakına həsr olunmuş "Könüllülərə təşəkkür!” videoçarxı sosial şəbəkələrdə yayımlanıb.

Videoçarxda dövlətimizə və vətəndaşlarımıza dəstək olmaqməqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) çətiri altında öz qüvvələrini birləşdirərək həmrəylik, fədakarlıq və məsuliyyət nümayiş etdirən, təmənnasız fəaliyyətləri ilə insanların rəğbətini qazanan, müxtəlif könüllü təşkilatları və hərəkatlarını təmsil edən, ölkəmizin bütün regionlarından olan minlərlə könüllününəhalinin sağlamlığı naminə göstərdikləri birgə fəaliyyət əks etdirilir.

 

Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı, "Gənc Könüllülər” Hərəkatı,digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM-in təşkilatçılığı ilə "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu”, "Könüllü donor”, "Bir-birimizi qoruyaq!” aksiyaları keçirilib.


Xəbər lenti