Xəzər Xəbər

İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular FOTO

Şou Biznes | 12:57 • 5 İyun 2020
İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular

Türkiyədə yaşayıb,fəaliyyətini uğurla davam etdirən müğənni Günel Zeynalova yenə imicini dəyişib.

"Həftə səkkiz, mən doqquz” saç rəngini dəyişən sənətçi bu dəfə onları sarıya boyayaraq, "keratin” vasitəsilə düzləşdirib.

"Yepyeni mən” başlığı altında yeni şəkillərini sosial media hesabında paylaşan müğənni izləyicilərin tənqidinə məruz qalıb.

Onlar G.Zeynalovanın üzündə keçirdiyi plastik və estetik əməliyyatlarıbir daha başına qaxınc edərək, bu sözləri yazıblar:

"Özünü niyə bu hala salmısan?”, "Üzündə plastik əməliyyat keçirməsəydin, daha gözəl idin”, "Gözəl qız idin. Daha özünlə oynama. Getdikcə çirkinləşirsən. Bundan əvvəlkigörünüşün daha gözəl idi,arıqlama” kimi rəylərlə müğənnini topa tutublar.

G.Zeynalova yazılan mənfi rəylərə reaksiya verməyib.

Qeyd edək ki, G.Zeynalova iki dəfə rinoplastikaəməliyyatı keçirib. Bununla yanaşı, o, dodaqlarının həcmini gel vasitəsilə böyüdüb və qaşlarına "mikrobleydinq” etdirib./oxu.az

Xəbər lenti