Xəzər Xəbər

“8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı - VİDEO

Veb TV | 18:10 • 7 Aprel 2020
“8103” qısa nömrəsindən gələn razılıq

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan "8103” qısa nömrəsindən gələn razılıq SMS-nin tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq, karantin rejimi qaydalarını kobud şəkildə pozan şəxs saxlanılıb.

Bu barədəDaxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün "8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.

Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin, N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və "Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibatiqaydada məhkəmənin qərarı ilə 25 sutkahəbsedilib.

Xəbər lenti