Xəzər Xəbər

Milli Məclisin iclasının vaxtı dəyişdirildi

Gündəm | 15:08 • 4 Aprel 2020
Milli Məclisin iclasının vaxtı dəyişdirildi

Milli Məclisin aprelin 7-də keçirilməsi planlaşdırılan plenar iclasının vaxtı dəyişdirilib.

Bu barədə Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib. İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb, heç bir əlavə və ya ixtisarlar edilməyib.

Xəbər lenti