Böyük Britaniyada koronavirus səbəbilə dünyasını dəyişənlər arasında həkim və tibb bacıları da var.
Bununla da koronavirusdan ölən tibb işçilərinin sayı 6-ya çatıb. Onların hamısının müsəlman olduğu bildirilir.
Britaniyadakı müsəlmanların qurduğu "Kordoba" qeyri-hökumət təşkilatının rəhbəri Enes əl-Tikriti verdiyi açıqlamada müsəlmanların fədakarlığına diqqət çəkib.