Xəzər Xəbər

Latviyada koronavirusa yoluxanların sayı 446 nəfər olub

Dünya | 08:59 • 2 Aprel 2020
Latviyada koronavirusa yoluxanların sayı 446 nəfər olub

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 48 nəfər artaraq 446-ya çatıb.

Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 15 min 810 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1003 nəfərdən götürülən analizin 48-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Xəbər lenti