Xəzər Xəbər

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Bosniya və Herseqovina ziyalılarını hiddətləndirib

Dünya | 08:51 • 2 Aprel 2020
Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Bosniya və Herseqovina ziyalılarını hiddətləndirib

Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament və prezident seçkiləri” Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirib. Bu barədə məqalə dərc etdirən "İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu tənqid edib.

Məqalədə dünyadakı bütün ölkələr qlobal bir pandemiya təhlükəsi ilə üzləşəndə və koronavirusun insanların sağlamlığına və iqtisadi yaşayışa təsirinin belə anında yırtıcı siyasi təşkilatlar və ayrı-ayrı dövlətlərin suveren dövlətlərin beynəlxalq nizamını və demokratik memarlığını məhv etmək niyyətləri vurğulanır. Bildirilir ki, bu gün də dost Azərbaycana qarşı həmin murdar siyasətin yürüdülməsinin şahidi oluruq.

Yazıda deyilir: "Təxminən 30 ildir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası və digər qurumlar Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu qeyri-demokratik "seçkilərin” Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi, hüquqi qüvvəyə malik olmaması təkcə Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda beynəlxalq hüququn, o cümlədən, BMT Nizamnaməsinin, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulmasıdır”. (AZƏRTAC)

Xəbər lenti