Xəzər Xəbər

Təhsil Nazirliyindən yeni virtual - Təşəbbüs

Gündəm | 14:05 • 31 Mart 2020
Təhsil Nazirliyindən yeni virtual - Təşəbbüs

Təhsil Nazirliyi yeni virtual təşəbbüslə çıxış edib.

Nazirlikdən verilən məlumata görə, "Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinifə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.

Xəbər lenti