Xəzər Xəbər

Üç ölkədə 12 yaşadək futbolçuların topa başla zərbə vurmaları qadağan edilib

İdman | 22:08 • 26 Fevral 2020
Üç ölkədə 12 yaşadək futbolçuların topa başla zərbə vurmaları qadağan edilib
İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib. 

Xezerxeber.az Türkiyənin "NTVSpor” portalına istinadla xəbər verir ki, bu qadağaya səbəb uşaqlarda ciddi fəsadlarla nəticələnə bilən kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağanın tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacağı bildirilib.

Qeyd edək ki, qadağalar yalnız təlim-məşq toplanışlarında qüvvədə olacaq.

Xəbər lenti