Xəzər Xəbər

Təyyarə qəza enişi etdi, pilot xəsarət aldı - VİDEO

Veb TV | 15:27 • 26 Fevral 2020
Təyyarə qəza enişi etdi,

Qazaxıstanda "Ust-Kamenoqorsk” aeroportunun 1.5 km yaxınlığında "An-2” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, hadisə vaxtı pilot xəsarət alıb.

Təyyarənin göyərtəsində beş nəfər olub. Onlardan üçü heyət üzvü, ikisi isə sərnişin olub. Hadisə zamanı ölən olmayıb.

"Orlan 2000” aviaşirkətinə məxsus "An-2” Ust-Kamenoqorsk-Aksuat marşrutu üzrə hərəkət edib.

Hadisənin səbəbləri barədə araşdırma başlayıb.

oxu.az

Xəbər lenti