Xəzər Xəbər

"Ana harayı" abidəsi ziyarətə hazırdır - VİDEO

Veb TV | 18:11 • 25 Fevral 2020
"Ana harayı" abidəsi ziyarətə hazırdır -

Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yerləşdiyi parkda abadlıq işləri yekunalşıb.

Xezerxeber.az-ın məlumatına görə, park-xiyaban ziyarətçiləri qəbul etmək üçün hazırdır.

Artıq bu gündən insanlar "Ana harayı" abidəsinin qarşısına gələrək Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edirlər.

Soyqırımın 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bununla əlaqədar 4, 21, 30, 32, 46, 49 və 175 saylı marşrut xətlərinin hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti