Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, rayonun Şiştəpə kəndi ərazisində Ramin Əmiraslanov idarə etdiyi "Lexus” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.