Xəzər Xəbər

Fotolarına görə həyat yoldaşını məhkəməyə verdi

Şou Biznes | 16:11 • 13 Dekabr 2019
Fotolarına görə həyat yoldaşını məhkəməyə verdi

Türkiyənin tanınmış aktyoru Berk Oktay ilə boşanma ərəfəsində olduğu həyat yoldaşının məhkəməsi olub.

Sosial şəbəkədə foto və videoları yayılan Berk Oqtay boşanma ərəfəsində olduğu həyat yoldaşı Merve Oqtaydan şikayət edib. Berk Oktay məhkəmədə həyat yoldaşının onun kariyerasını məhv etmək üçün fotolarını yaydığını iddia edib.

Qarşı tərəf isə haqqındakı iddiaları yalanlayaraq "Sosial şəbəkədə səninlə birlikdə mənim də fotolarım və səs yazım yayıldı. Məhkəmədə zərəçəkmiş qismində çıxış etmək əvəzinə günahkar kimi ifadə verirəm” deyə cavab verib.

Məhkəmə təxirə salınıb./teleqraf

Xəbər lenti