Xəzər Xəbər

Çexiyada xəstəxanaya hücum - 6 nəfər həlak olub

Dünya | 13:17 • 10 Dekabr 2019
Çexiyada xəstəxanaya hücum -

Çexiyanın şimal-şərqində yerləşən Ostrava şəhər xəstəxanasında naməlum şəxsin ətrafdakı insanlara atəş açması nəticəsində azı altı nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə birinci vitse-prezident və Daxili işlər naziri Yan Qamaçek məlumat verib.

Tibb müəssisəsinin nümayəndəsinin sözlərinə görə, hücum orta bədən quruluşlu, qırmızı gödəkcə geyinmiş şəxs tərəfindən edilib. Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Xəstələrə palatadan çıxmaq qadağan olunub. Polis atəş açan şəxsin axtarışına başlayıb.

Xəbər lenti