Xəzər Xəbər

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

Dünya | 14:22 • 22 Noyabr 2019
“İranlı etirazçılardan xahiş etdim ki…”

ABŞ Dövlət katibi Mayk Pompeo İrandakı etirazçılara müraciət edərək Dövlət Departamentinə foto və videolar göndərməyə çağırıb.

O bu barədə Tvitter hesabında yazıb.

Mayk Pompeo iranlı etirazçılardan hakimiyyətin zorakılıq siyasətini dünyaya çatdırmağı xahiş edib:

"İranlı etirazçılardan xahiş etdim ki, rejimin etirazların qarşısını almaq üçün sərt tədbirlərini əks etdirən video, foto və digər məlumatları bizə göndərsin”.

Onun sözlərinə görə, ABŞ bu məlumatları yayaraq pozuntulara görə İran hakimiyyətinə sanksiyalar tətbiq edəcək.

Noyabrın 15-dən İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər keçirilir./teleqraf


Xəbər lenti