Xəzər Xəbər

Göygöldə oğurluq edənlər tutuldu VİDEO

Veb TV | 20:41 • 12 Noyabr 2019
Göygöldə oğurluq edənlər tutuldu

Göygöl polisi mənzildən beş min manatlıq qızıl-zinət əşyasını oğurlayan iki nəfəri saxlayıb. Saxlanılan şəxslər oğurluq qızılları lombarda qoyduqlarını bildiriblər. Sabirabadda isə qoyun oğruları tutulub

Evdən oğurluq edən şəxslər tutulub

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 37 yaşlı Ülvi Novruzov və 32 yaşlı Rəşad Ələkbərovdur. Onlar bu il avqustun 27-də Göygölün Hacıməlik qəsəbəsində evlərdən birindən oğurluq etməkdə təqsirləndirilirlər.Həmin vaxt evdən 5 min manataqlıq qızıl-zinət əşyaları, 400 manat nəğd pul və 3 ədəd müxtəlif markalı mobil telefon aparılıb. Hər iki şəxs Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təqdim olunub.

Onların oğurladıqları mobil telefon və qızıl-zinət əşayasının bir qismi müəyyən edilərək maddi sübut kimi götürülüb.Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, bu onların ilk əməli deyil.Onlar Gəncədə də oğurluq ediblər.

Sabirabadda isə qoyun oğurları tutulub.Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan şəxslər, rayonun Yolçubəyli kənd sakini, Atəş Hüseynov və Əlicanlı kənd sakini, Mirkamal Səmidov saxlanılıb. Oğurluq heyvanlar sonradan sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti