Xəzər Xəbər

Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi - VİDEO

Veb TV | 10:32 • 17 Oktyabr 2019
Məkkə-Mədinə yolunda qəza:

Səudiyyə Ərəbistanına Ümrə ziyarəti üçün gedən zəvvarların avtobusu yük maşını ilə toqquşub və tamamilə yanıb.

Bu barədə TASS məlmat yayıb.

Hadisə zamanı Asiya və Yaxın Şərqdən olan zəvvarlardan 36 nəfər həyatını itirib.

Qəza müqəddəs Məkkə və Mədinə şəhərləri arasındakı yolda baş verib.

Avtobusda cəmi 40 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti