Xəzər Xəbər

"Mən olmasam, “Rembo” onlar ola bilərdi" Stallone

Şou Biznes | 13:13 • 23 Sentyabr 2019
"Mən olmasam, “Rembo” onlar ola bilərdi"

Amerikalı aktyor Silvester Stallone rejissor Ted Kotçeffin 1982-ci ildə çəkdiyi "Rembo: İlk qan" filminin baş rolu üçün onunla rəqabətə girə biləcək aktyorların adlarını açıqlayıb.

XəzərXəbər kult.az-a istinadən xəbər verir ki, bu barədə "HollivudReporter" informasiya yayıb.

Onun sözlərinə görə, Al Paçino, Robert de Niro, Ceyms Qarner, Rayan O Neil, Stiv Makkuin və Dastin Hoffman baş rola namizəd olublar, lakin yekunda Stallone seçilib.

Xəbər lenti