Xəzər Xəbər

Eramızdan əvvəl I minilliyin sonu - bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə intensiv həyat - VİDEO

Veb TV | 19:19 • 19 Sentyabr 2019
Eramızdan əvvəl I minilliyin sonu -

İsmayıllınınBasqal qəsəbəsində ilk dəfə olaraq arxeoloji qazıntılara başlanılıb.

Arxeoloqlar tərəfindən ilkin mərhələdə qəsəbənin kürəbənd adlanankanalizasiya sistemi,qədim məscid və qala divarları aşkar edilərək tədqiq edilib. Arxeoloqlar ilk olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlara start verib.Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub.

Tədqiqat zamanı müəyyən olunub ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində inşa olunub.

Basqalda aparılan arxeoloji qazıntılar zamanı qəsəbənin dəqiq tarixi barədə məlumat əldə etmək olacaq.

Xəbər lenti