Xəzər Xəbər

ABŞ Çinin neft şirkətinə sanksiya tətbiq edib

Dünya | 11:33 • 23 İyul 2019
ABŞ Çinin neft şirkətinə sanksiya tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi Çinin "Zhuhai Zhenrong Company Limited” neft şirkətinin və şirkətin icraçı direktoru Youmin Linin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.


Bildirilir ki, şirkət və rəhbəri "İrandan neft almaqda davam etdiyi üçün” sanksiya siyahısına salınıb. Onlara ABŞ tərəfindən nəzarət edilən xarici valyuta, bank və ya əmlak əməliyyatları qadağan edilib.


Qeyd edək ki, 1994-cü ildə yaradılan "Zhuhai Zhenrong” neft şirkəti İranla güclü əlaqəyə sahib olan və İran xam neftini Çinə idxal edən ən böyük şirkətlərdən biridir.

Xəbər lenti