Bu gün saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində 33 min abonentin qaz təchizatı dayandırılıb. Bu, "Gəncə 2” və "Avtozavod” orta təzyiqli qaz xətlərində aşkar olunan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır. Abonentlərin qazla təchizatı axşam saat 18:00-dək bərpa olunacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.