Xəzər Xəbər

Bu avtomobil böyük marağa səbəb olacaq VİDEO

Veb TV | 19:37 • 24 İyun 2019
Bu avtomobil böyük marağa səbəb olacaq

Bu avtomobilin hər bir detalı ən bahalı orjinal detallarla tüninq olunub, beynəlxalq yarış üçün xüsusi hazırlanıb.

Avtomobil Həvəskarı Ceyhun Mustafayev dünyaca məşhur Reysizm avtomobil sərgisində ilk dəfə ölkəmzii təmsil edəcək. İldə bir dəfə keçirilən sərgiyə ancaq xüsusi stens üslubunda olan avtomobillər buraxılır.

Ceyhun Mustafayevin sözlərinə görə, Polşada keçiriləcək sərgiyə dünyanın 4 bir tərəfindən böyük maraq var. Burda görünüşü ilə seçilən, disk təkərləri fərqli və ən əsası orijinal detallarla yığılan avtomobillər iştirak edir. Məhz bu tədbirdə iştirak üçün Ceyhun Mustafayev xeyli xərc çəkərək avtomobiliniorijinal detallarla yığıb.

Ceyhun Musatafayev deyir ki,onun iştirak edəcəyi sərgi sürücü mədəniyyətinin təbliği üçün ən vacib tədbirlərdən hesab edilir. Dünyanın müxtəlif yerlərindən olan münsiflər 16 avtomobil seçirlər. Ceyhun birinci dəfə qatılmasına baxmayaraq ilk onluqda yer almaq niyyətindədir.

Xəbər lenti