Xəzər Xəbər

Hollivud ulduzu kinodan gedir

Şou Biznes | 15:17 • 24 Aprel 2018
Hollivud ulduzu kinodan gedir

Hollivudun 54 yaşlı aktyor, rejissor və prodüseri Nikolas Keyc kino karyerasını bitirmək niyyətində olduğunu bildirib.

XəzərXəbər-in "Report”a istinadən xəbərinə görə, aktyor diqqətini rejissorluğa yönəltmək fikrindədir.

Bununla belə, Keyc qeyd edib ki, o, hələ 3-4 il filmlərə çəkiləcək.

"Hazırda mən əsasən aktyor kimi işləyirəm və hələ 3-4 ilə bununla məşğul olacağam, sonra isə diqqətimi rejissorluğa yönəldəcəyəm", – deyə artist NME portalına bildirib.

Aktyor hazırda müxtəlif studiyaların 6 layihəsində iştirak edir.

Xəbər lenti