Xəzər Xəbər

Novruz bayramının personajları niyə gözə dəymir? - VİDEO

Veb TV | 20:12 • 22 Mart 2018
Novruz bayramının personajları niyə gözə dəymir? -

Paytaxt sakinləri şəhərdə Novruz bayramının personajları Kosa, Keçəl və Bahar qızın olmamasından gileylənirlər.

Onların sözlərinə görə, bayram günlərində paytaxtın ən gur küçə və parklarında belə onlar gözə dəymir. Ancaq müəyyən festivallar çərçivəsində Kosa və Keçəl ilə rastlaşmaq mümkündür. Halbuki, Yeni ildə Şaxta baba və Qar qız kimi personajlar həm parklarda gözə görünür, həm də dükanların şüşələri onların şəkilləri ilə bəzədilir...

Paytaxt sakinləri hesab edirlər ki, gələcək nəslə milli bayramımızın personajları tanıdılmalı və sevdirilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, folklorşünas Əpoş Vəliyev deyir ki, Novruz personajlarına soyuq münasibətin səbəbi onların düzgün təbliğ olunmamasıdır.

Folklorşünas deyir ki, Novruz bayramının adət-ənənələri və personajların unudulmaması üçün təbliğat aparılmalıdır.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə bildirib ki, Novruz bayramı ilə əlaqədar parklarda Kosa və Keçəl xidmətinin göstərilməsi ilə bağlı onlara heç bir müraciət daxil olmayıb və gələcəkdə də Novruz bayramı obrazlarının fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti