"Fənərbaxça" növbəti transferlərini reallaşdırıb.
XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"dan ayrılan Filip Novak və "Beşiktaş"la müqaviləsi bitən Caner Erkini heyətinə qatıb.
30 yaşlı çex müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı cinah müdafiəçisi Caner Erkin isə 2+1 illik müqaviləyə qol çəkib.
"Fənərbaxça" daha öncə Gökhan Gönül və Mert Hakan Yandaşla sözləşmə imzalamışdı.