Xəzər Xəbər

Sumqayıtda qətl - Eynək satan kişi sevdiyi qadını öldürdü

Hadisə | 11:22 • 23 Oktyabr 2019
Sumqayıtda qətl -

Sumqayıtda qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində Seymur Abdullayev qeyri-rəsmi yaşadığı Gülnar Əmənova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. O, Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Gülnar Əmənova xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, hadisədən 11 gün sonra dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Seymur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti