Xəzər Xəbər

70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - Sənan Kərimov düşmənin keçilməz hesab etdiyi müdafiə xəttini də yarıb - VİDEO

Veb TV | 21:45 • 4 Dekabr 2020
70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu -

Qəhrəmanımızın böyük nisgili və arzusu vardı- 1 yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı. Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş taktikalarini daha da təkmilləşdirmək üçün durmadan çalışırdı.

Ordumuz ırəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki... Çox az qalmışdı axı... Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib. Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi demək olar ki, qeyri-mümkün idi.

Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə rıskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.

Sənan Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun 1 yaşından qəlbində böyütdüyü böyük arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.

Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.

Aprel döyüşlərində də iştirak etmiş şəhdimiz 3 aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.

Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.

Qeyd edək ki, şəhid Sənən Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti