Xəzər Xəbər

Yeni pul nişanı buraxılacaq - "Qarabağ Azərbaycandır!" - VİDEO

Veb TV | 21:26 • 23 Oktyabr 2020
Yeni pul nişanı buraxılacaq -

"Qarabağ Azərbaycandır!" şüarı altında yenilənmiş pul nişanı hazırlanacaq.

Bu barədə "Xəzər Xəbər"ə müsahibəsində Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev deyib.

O bildirib ki, artıq mövcud pul nişanlarının beynəlxalq təcrübəyə uyğun olaraq yenilənməsi prosesinə start verib. Növbəti mərhələdə 20 manatlığın yenilənməsi prosesinə başlanacaq.

Baş direktor deyib ki, 1, 5, 50 manatlıq pul nişanlarının yenilənməsi prosesi artıq başa çatıb. Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Aqşin Vəliyev qeyd edib ki, hər üç nominalda konsepsiya mövzusu eyni qalır.

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti