Xəzər Xəbər

Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO

Veb TV | 18:26 • 5 Avqust 2020
Dəhşətli partlayış toy gününə təsadüf etdi:

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu üzə çıxıb.

Videonu xarici televiziyalar yayıb.

Məlumata görə, paytaxt küçələrinin birində yerli fotoqraf toy çəkilişi zamanı gəlini çəkərkən təsadüfən partlayış anını da lentə alıb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.



Xəbər lenti