Xəzər Xəbər

Bakıda 4 avtomobil qaçıran şəxs yaxalanıb - VİDEO

Veb TV | 20:51 • 30 May 2020
Bakıda 4 avtomobil qaçıran şəxs yaxalanıb -

Avtomobilləri oğurlayaraq hissələrə bölüb satmaqda şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus ''VAZ-2107'' markalı avtomobil oğurlanıb.

Zərərçəkən bu barədə ərazi üzrə 12-ci polis şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Polis əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədovu saxlayaraq istintaqa təqdim edib. Saxlanan şəxs törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrini ehtiyat hissələrinə ayıraraq satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün istintaq şöbəsinə göndərilib.

Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti