Xəzər Xəbər

“Zaman kapsulu”ndan olan şəkillər 120 ildən sonra dərc olundu - VİDEO

Veb TV | 15:54 • 27 Fevral 2020
“Zaman kapsulu”ndan olan şəkillər

Fotoqrafiya tarixçisi fransız Matye Stern 120 il əvvəl çəkilən və "zaman kapsulu”na qoyulan şəkilləri paylaşıb.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Stern 1900-cu ildə çəkilən foto-neqativi evinin zirzəmisində tapıb. Onlar başqa əşyalarla birlikdə mücrüdə olub.

Bloqer sianotipiyanın köməyilə foto-neqativləri aydınlaşdırıb.

Şəkillərdə üç pişik əks olunub.

"Foto 120 il əvvəl balaca uşaq tərəfindən çəkilib və 100 ildən sonra siz ona baxa bilirsiniz”, - deyə Stern şəkillərdən birini şərh edərkən bildirib.

Xəbər lenti