Xəzər Xəbər

''Mehriban qonşular''da mehribanlığa yaraşmayan hadisə - VİDEO

Veb TV | 19:19 • 29 Yanvar 2020
''Mehriban qonşular''da mehribanlığa yaraşmayan hadisə -

Bakıda mağaza satıcısının gözünün zəifliyindən istifadə edərək ona saxta 20 və 100 manat pul veriblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, ''Mehriban qonşular'' küçəsində yerləşən Əli Hüseynova məxsus marketdə baş verib.

Əli Hüseynovun sözlərinə görə, yanvarın 25-də oğlu Elməddin Hüseynovu bir neçə dəqiqəlik marketə satıcı kimi qoyub evə gedib və bu zaman bir nəfər mağazaya daxil olub. Həmin şəxs saxta 20 manatla məhsul alıb.

Məsələ bununla yekunlaşmayıb. Əli Hüseynov iddia edir ki, ötən gün axşam saatlarında oğlu yenə marketdə olan zaman yenidən bir nəfər marketə gələrək ərzaq almaq istəyib. Bu zaman isə həmin şəxs satıcıya saxta 100 manat pul verib. Elməddin Hüseynov pulun saxta olduğunu hiss edən zaman atasına xəbər verib.

Əli Hüseynov deyir ki, həmin şəxs və ya şəxslərin bu marketi seçməsi təsadüfi deyil. Çünki oğlı Elməddin Hüseynovun gözləri demək olar ki, görmür və o, birinci qrup əlildir.

Artıq Əli Hüseynov ərazi üzrə polis idarəsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti