Xəzər Xəbər

Mingəçevirdə qəbiristanlıq problemi var - VİDEO

Veb TV | 21:06 • 7 Noyabr 2019
Mingəçevirdə qəbiristanlıq problemi var -

Qəbirlər fərqli, tutduqları ərazi isə isə genişdir. Bir sözlə, son zamanlar qəbiristanlıqlarda dəfn üçün yer tapılmır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbiristanlıqda mövcud olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir.

İnsanlar dünyasını dəyişənlərini dəfn edilməsi üçün Mingəçevir kənd və Əli qəbiristanlıqlarına üstünlük verir. Bu məzarlıqlarda isə yer tapmaq çətinləşib.

Qəbiristanlıqlarda sıxlığın yaranmasının müxtəlif səbəbləri var. Bəzən məzarlıqlar vaxtından əvvəl zəbt edilir və ya qəbirlərin ölçüsünə görə darısqallıq yaranır. Bələdiyyədən bildirilib ki, çətinliyin aradan qaldırılması üçün şəhər ərazisində 10 hektar sahəyə malik yeni ərazi ayrılıb. Hətta burada yenliklər də mövcudur.

O da əlavə edilib ki, sakinlər yeni yaradılan qəbiristanlığın şəhərdən uzaq olamasını əsas gətirərək buradan istifadə etmək istəmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti