Xəzər Xəbər

Bu abidə 70 illik şəhərin əsas simvoludur VİDEO

Veb TV | 18:54 • 4 Sentyabr 2019
Bu abidə 70 illik şəhərin əsas simvoludur

Uçmağa hazırlaşan bu göyərçin heykəli 40 il əvvəl qoyulub. Sumqayıtın əsas rəmzi sayılan "Sülh göyərçini" abidəsi 1978-ci ildə dənizkənarı parkda ucaldılıb.

Heykəlin ətrafından şəhərin və dənizin gözəl mənzərəsini seyr etmək mümkündür. Onun müəllifləri monimentalist rəssam, əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.

Vaqif Nəzirov deyir ki, abidə bütün xalqları sülhə çağırışın simvoludur. Bu baxımdan, sənaye şəhəri kimi salınan və müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Sumqayıtda belə bir abidənin ucaldılması təsadüfi deyil.

Sülh küçəsində qoyulan heykəl şəhərdə o qədər məşhurdur ki, çox vaxt insanlar görüş yerlərini məhz bu abidəni oriyentir kimi seçərək müəyyənləşdirirlər. Üstəlik, məhz bu abidəni görmək üçün gələnlər də az deyil.

Sumqayıt şəhərinin rəmzi hesab olunan "Sülh göyərçini" abidəsi 2008 və 2013-cü illərdə rekonstruksiya edilib.

Xəbər lenti