Xəzər Xəbər

İsrailin hərbi texnikası Rusiya silahı ilə məhv edildi VİDEO

Veb TV | 14:12 • 3 Sentyabr 2019
İsrailin hərbi texnikası Rusiya silahı ilə məhv edildi

Livanın "Hizbullah” hərəkatı İsraiə məxsus zirehli avtomobilə hücumun kadrlarını yayıb.

Video "The AnalitiQ” Telegram-kanalında yerləşdirilib.

Kadrlardan görünür ki, "Wolf” zirehli avtomobilini vurmaq üçün müxtəlif nöqtələrdən iki raket buraxılır. Qeyd edilir ki, raketlər Rusiyada hazırlanan "Kornet” tank əleyhinə raket kompleksindən buraxılıb. Maşının ekipajının həlak olub-olmadığı dəqiqləşdirilməyib.

Daha əvvəl bildirilirdi ki, İsrail raket atəşinə cavab olaraq Livana yüzə yaxın minaatan mərmi atıb.

"Hizbullah” hərəkatından verilən açıqlamaya görə, müharibənin qarşısının alınması üçün İsrailə nöqtəvi zərbələr endirməyi planlaşdırır./publika.az

Xəbər lenti