Xəzər Xəbər

Bakı sakini Qaxda narkotiklə tutulub VİDEO

Veb TV | 19:19 • 19 İyun 2019
Bakı sakini Qaxda narkotiklə tutulub

Bakı sakini Qaxda narkotiklə tutulub. Onun üzərindən 1 kiloqram heroin çıxıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.Onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.Müəyyən edilib ki, Viləş Əhədova narkotik vasitəni satan şəxs Canpolad adı ilə tanınan narkotacir Hüseyn Məmmədovdur.

Davam edən tədbirlərlə Hüseyn Məmmədov da Bakıda saxlanılıb.

Balakən sakininin evindən dəkülli miqdarda narkotik aşkarlanıb.Narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb.

Onun yaşadığıevin həyətyanı sahəsinə baxış keçirilən zaman orada yetişdirilən 98ədəd narkotik tərkibli çətənə bitkisi və çəkisi 11 kiloqrama yaxınqurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hər 2 faktla bağlı araşdırma aparılır.

Xəbər lenti