Xəzər Xəbər

Həyətində özü üçün çətənə əkdi VİDEO

Veb TV | 16:04 • 5 İyun 2019
Həyətində özü üçün çətənə əkdi

Şabranda həyətyanı sahəsində kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Şahidlərin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram olan 15 çətənə kolu aşkarlanıb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti