Xəzər Xəbər

"Instagram"dan tarixi rekord - 1 MİLYARD İSTİFADƏÇİ!

Texnologiya | 11:37 • 21 İyun 2018
"Instagram"dan tarixi rekord -

Dünya üzrə "Instagram” foto xidməti istifadəçilərinin sayı 1 milyard nəfərə çatıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkənin açıqlamasında bildirilir.

"Hazırda "Instagram” 1 milyard nəfərdən ibarət qlobal topluluqdur. 2010-cu ildə istifadəyə verildikdən bəri biz bu topluluğun yüksəlişi və inkişafını heyrətlə izlədik. Bu, "Instagram”dakı hər kəs üçün böyük nailiyyətdir, təşəkkürlər”, - deyə açıqlamada qeyd olunub.

"Instagram” yeni IGTV proqram əlavəsini də təqdim edib. Onun vasitəsilə 1 saat müddəti olan şaquli videolar yerləşdirmək və izləmək mümkündür. IGTV xüsusi olaraq smartfon vasitəsilə çəkiliş aparmaq və baxmaq üçün yaradılıb. Yəni smartfondan necə istifadə edilirsə (şaquli və tam ekran rejimində), o cür də video çəkmək mümkün olacaq. Bu proqram bir neçə həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək, Android və iOS əməliyyat sistemləri ilə çalışacaq.

Xəbər lenti