Xəzər Xəbər

"Facebook" fotolarda yumulmuş gözləri açacaq

Texnologiya | 11:19 • 21 İyun 2018
"Facebook" fotolarda yumulmuş gözləri açacaq

"Facebook” mütəxəssisləri fotolarda qıyılmış və yumulmuş gözləri açmağa imkan verən alqoritm hazırlayıblar.

İKT.lent.az-n "The Sun”a istinadən verdiyi xəbərə görə, xidmət "Generative adversarial network” adlanan proqram əsasında çalışır. Bu proqram böyük məlumat bazası əsasında sifətləri tanıya bilir.

Xidmətin köməyi ilə fotolarda insanların qıyılmış, yumulmuş gözlərini "açmaq” olur. Bu, çox keyfiyyətlə yerinə yetirilir və fotonun üzərində iş aparıldığı hiss edilmir.

Əslində "Facebook” social şəbəkəsi "Generative adversarial network”dan çoxdan istifadə edir. Onun köməyi ilə fotolardakı insanları identifikasiya etmək və etiketləmək olur.

Hələlik gözləri "açan” xidmət istifadəçilər üçün əlçatan deyil, çünki hələ onun üzərində iş davam edir.

Xəbər lenti