Xəzər Xəbər

Sabirabadın mərkəzi bazarında yanğın baş verib

Region | 09:01 • 16 İyul 2019
Sabirabadın mərkəzi bazarında yanğın baş verib

İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, yanğın "Əmin market” ticarət obyektindən başlayıb və alovun əhatə dairəsi daha da genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə yaxın texnikası və canlı qüvvəsi, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Xəbər lenti