Xəzər Xəbər

İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb

Region | 16:43 • 22 Fevral 2019
İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb

Fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.

Araşdırmalar aparılır.

Xəbər lenti