Xəzər Xəbər

İsmayıllıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Region | 09:42 • 25 Sentyabr 2018
İsmayıllıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb -

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb.


Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.


Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti