Xəzər Xəbər

Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

Region | 13:33 • 17 Oktyabr 2020
Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib.


"Azərenerji” ASC-dən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub.


24 saat fasiləsiz xidmət göstərən "Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.

Xəbər lenti