Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Goranboy-Tərtər avtomagistralında "Moskviç” və "KamAZ” toqquşub.
Baş verən hadisə nəticəsində Balakürd kənd sakini, 1961-ci il təvəllüdlü Fariz Camal oğlu Nəbiyev vəfat edib.
Faktla bağlı araşdırma aparılır.