Xəzər Xəbər

"Yumurta Kamil" saxlanıldı

Hadisə | 17:46 • 20 Avqust 2020
"Yumurta Kamil" saxlanıldı

Abşeron Rayon Polis İdarəsi (RPİ) və Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Sumqayıt Regional Bölməsinin əməkdaşları rayon ərazisində birgə reyd keçiriblər.


Reyd zamanı vaxtı keçmiş yumurtaların bərpa edilərək yenidən satışa çıxarılması faktı aşkarlanıb.


Araşdırmalarla məlum olub ki, "Giləzi Quşçuluq" MMC-də satış meneceri işləyən Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayədə yaşadığı mənzildə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən satışa çıxarıb.


O, yararsız yumurtaları dostu Malik Qasımovla birlikdə mağazalara daşıdığını bildirib.


Maddi sübut kimi 84 qutudan ibarət ümumi sayı 32 400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb. 


K.Teymurov saxlanılaraq Abşeron Rayon Polis idarəsinə gətirilib.


Onun "Yumurta Kamil" kimi tanındığı bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti