Xəzər Xəbər

DİN qadının dələduzluğa məruz qalması ilə bağlı açıqlama verdi

Hadisə | 14:55 • 20 Avqust 2020
DİN qadının dələduzluğa məruz qalması ilə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi (DİN) dələduzluq və ölümlə hədələnməyə məruz qaldığını bildirən vətəndaş G.Muradovanın şikayətinə münasibət bildirib.


DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq bildirib ki, dələduzluq etdiyi deyilən Vüqar Şirinov polis əməkdaşı deyil.


Nazirlik sözçüsünün sözlərinə görə, bu məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində müvafiq araşdırma aparılır:


"Şikayətçi G.Muradova dəfələrlə polis bölməsində olub, ondan müvafiq izahatlar alınıb və hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.


Qeyd edək ki, G.Muradova  Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxsin ona qarşı ümumilikdə 75 500 manatlıq dələduzluq etdiyini, pulu tələb etdikdə isə onun tərəfindən ölümlə hədələndiyini bildirib.


Şikayətçinin sözlərinə görə, V.Şirinov özünü Daxili İşlər Naziriyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili kimi təqdim edib və Gülüstan Ağayeva adlı xanımla əlbir olaraq dələduzluq yolu ilə pulunu ələ keçirib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti