Xəzər Xəbər

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Hadisə | 14:52 • 19 Avqust 2020
Polis üç rayonda əməliyyat keçirdi:

Qubada silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.


Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cimi kəndi ərazisində kənd sakini Q.Mirzəyev saxlanılıb.


Ondan müvafiq sənədləri olmayan "BUM” markalı ov tüfəngi götürülüb.


Bundan başqa, Neftçala rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bankə qəsəbə sakini A.Məmmədovdan "LLAMA” markalı tapança və 1 ədəd patron darağı aşkar olunub.


Oxşar əməliyyat Kürdəmir rayonunda da keçirilib.


Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Carlı kənd sakini X.Abdullayevdən müvafiq sənədləri olmayan "TOZ-12” markalı ov tüfəngi götürülüb.


Bütün faktlarla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti